İlk növbədə şirkətin nüfuzu - çünki biz tanınmış brendlərlə işləyirik
Karyera imkanları
Böyük işçi heyəti, bir neçə pilləli ierarxiya, işçilərimizin təlim proqramları və yeni filial, istiqamətlərin açılma ehtimalı – bunlar hamısı karyera üçün münasib imkanlar yaradır
Sabitlik və sabahki gündə əminlik
Yüksək gəlir
«AzTrade» MMC-də işləməyin üstünlükləri nədir?
Bizim Komanda
Bizim komanda - vahid «AzTrade» şirkətini yaradan, öz işində peşəkar olan işçilər və yüksək ixtisaslı mütəxəssislərdən ibarət heyəti özündə birləşdirir.
Bizim əməkdaşlarımız bizim əsas dəyər və resurslarımızdır. Bütün şirkətin inkişafı, onların hər birinin ayrılıqda inkişafına əsaslanır.
Bizim hər bir işçimiz ilk növbədə öz məqsədlərini və ambisiyalarını reallaşdırır və məhz bu ümumi korporasiyanın ambisialı məqsədlərinə çatmağa imkan yaradır.
Bizim komandanın əsas üstünlüyü işə məsuliyyətli münasibətin olmasıdır. Top-menecerlərdən başlamış siravi mütəxəssislərə qədər -bütün əməkdaşlarımızın şəxsi və professional inkişafı Şirkətimizə dayanmadan irəli getməyə,biznezdə yeni zirvələrə çatmağa imkan yaradır.
Vakansiyalar
Vəzifə öhdəlikləri
Şirkətə daxil olan bütün qaimə fakturaların uçotu, təsdiqlərinin alınması üçün menecerlərə ünvanladırılması, hesabatının hazırlanması və proqram təminatında lazımı hesablarda uçotunun aparılması;
Qaimə faktura göndərən qarşı tərəflərlə üzləşmənin aparılması, qaimədən əvvəl təqdim olunan marketing xərclərinin hesabatlarının hazırlanması, qaimələrin düzəlişə və ya ləğvə göndərilməsinin səbələrinin araşdırılması;
Şəbəkələr və top maqazinlər üzrə həftəlik və aylıq əsasda qalıq borcları barədə hesabatların rəhbərliyə təqdim edilməsi;
Şəbəkələr üzrə gecikmiş qaimələrin siyahısının çıxarılması və aidiyyatı şəxslərə təqdim edilməsi;
Mənfəət-zərər hesabatının hazırlanması, onunla əlaqədar olaraq bütün işlək faylların hazırlanması (silinmələr, aksiyaların sayılması, vaxtı bitmiş mal hesabatı, kommersiya büdcələri), bütün müxabirləşmələrin proqramda tanıdılması;
Qida üzrə bütün portfellərin mal girişi zamanı büdcələrin hesablanması və proqramda maya dəyərlərinə əlavə edilməsi;
Qida üzrə bəzi portfellərin büdcə üzləşmələrinin aparılması, lazimi məlumatların hazırlanması;
Bəzi şəbəkələr üzrə ödəniş bölgüsünün hazırlanması və mühasibatlığa təqdim edilməsi;
Ödəniş üçün nəzərdə tutulan qaimələrin yığılaraq mühasibatlığa təqdim edilməsi;
Mağazalar üzrə vadə günlərinin rəhbərin göstərişinə əsasən azaldılıb-artıqılmasını həyata keçirmək;
ƏDV balans hesabının qalıqlarının təmizlənməsi, əvəzləşmə edilən məbləğlərin bağlanmasını proqramda həyata keçirmək;
Kreditor borclara nəzarət və proqramda qalıqlarının düzəldilməsinin həyata keçirilməsi.
Bank kredit faizlərinin hesablanması və portfellər üzrə bölgüsünün verilməsi hesabatı;
Paşa Həyat Sığortasına qoşulmuş əməkdaşların ödənişlərinin işlənilməsi və ümumi olaraq administrator funksiyasının icrasının həyata keçirilməsi;
Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir;
Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir;
Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır;
Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir
İş şəraiti
İş saatı həftənin 5 günü 09:00 – 18:00
İş yeri Köroğlu metrosu tərəfində yerləşir
Əmək haqqı 700 - 1000 AZN
Namizədə qarşı tələblər
Ali iqtisadi təhsil;
Yaş həddi – 25 - 40
Maliyyə və Mühasibatlıq sahəsində iş təcrübəsi;
Mükəmməl səviyyədə Microsoft Office proqramları biliyi;
Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti;
Azərbaycan Respublikası Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır
İş barədə məlumat
Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq
Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
Şirkətin müştəri bazasının artırılması, yeni müştərilərin cəlb olunması
Satış nöqtələrində danışıqların aparılması
Təqdimat və təkliflər hazırlamaq və satışı tədbiq etmək
Reklam avadanlıqlarını satış nöqtələrində quraşdırmaq
Şirkətin məhsullarını satış nöqtələrində reklam avadanlıqlarına düzmək
Namizədə tələblər
Satış sahəsində iş təcrübəsi olan
Yalnız bəylər
Ali təhsil
Azərbaycan,rus dillərini sərbəst bilən
Biznes etikası və biznes görünüşə sahib olmalıdır
Marketinq, PR və Satış sahələrinə aid biliklər, yüksək yaradıcılıq qabiliyyəti
Komandada işləməyi bacaran
Təmkinlilik,etibarlılıq,özünə inam
Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı
Mövcud vakansiyalarla bağlı bu nömrə ilə əlaqə saxlayın: (994) 12 514 89 83 CV-nizi bu ünvana göndərin: hr@aztrade.az